Həmyaşıdları 6-cı sinifdə oxuyur - O, isə... (VİDEO)

Həmyaşıdları 6-cı sinifdə oxuyur - O, isə... (VİDEO)
08:13 11 Oktyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Həmyaşıdları 6-cı sinifdə oxuyur. O, isə heç neçə yaşında olduğunu belə bilmir. Eyni aqibəti onun bacı və qardaşı da yaşayır. Bir ailənin 3 övladı təhsildən kənar qalıb. Səbəbini əməkdaşlarımız araşdırıb.

Birinin 8, birinin 9, ən böyüyünün isə 12 yaşı var. Onların üçü də təhsildən kənarda qalıb. Heç biri məktəbə getmir. Söhbət Zəkiyevlələ ailəsinin amma heç biri məktəbə getməyib. Söhbət Astarada qeydiyyatda olan hazırda isə Bakıda yaşayan Zəkiyevlər ailəsinin övladlarından gedir. Bir gün belə parta arxasında oturmayan uşaqların nəyinki məktəb anlayışı, heç öz yaşlarını belə bilmirlər.

Uşaqların anası Vüsalə Zəkiyeva iddiya edir ki, övladlarını məktəbə qoymaq üçün bir neçə dəfə məktəblərə müraciət edib. Amma onları məktəbə qəbul etməyiblər. Maraqlıdır ki, ailənin böyük övladı artıq 6 ildir ki, təhsildən kənar qalıb. Bəs necə olub ki, valideynlərin məhz indi övladlarını məktəbə qoymaq yadına düşüb. Vüsalə Zəkiyeva bunu imkansızlıqla əlaqləndirir. Daha sonra eyni aqibəti ailənin digər övladları da yaşayıb. Əslində onların biri hazırda 5 ci sinifdə biri 3-cü ən kiçiyi isə 2 ci sinifdə oxumalıdır.

Vüsalə Zəkiyeva deyir ki, bu il növbəti dəfə uşaqları məktəbə yazdırmaq üçün 259 və 311 nömrəli məktəbə müraciət edib. Və hər iki məktəb direktorunun qəbulunda olub. Amma müsbət cavab almayıb.

Məsələ ilə bağlı sözü gedən məktəblərin direktorları ilə əlaqə saxlayıb münasibət öyrənmək istədik. Amma bu mümkün olmadı. Hər iki məktəbə getsəkdə eyni vəziyyətlə qarşıladıq. Burada mühafizəçilər əvvəlcə gözləyin direktora xəbər verək desələr də sonra isə "direktor yerində yoxdur" deməklə kifayətləndilər.

Ortaya isə maraqlı suallar çıxır? Niyə valideyn məhz 5 ildən sonra uşaqlarının məktəbə getməsini indi gündəmə gətirib? Təhsil icbari olduğu halda necə olub ki indiyədək bu uşaqlarla maraqlanan olmayıb ki, niyə məktəbə getmirlər?

İstər valideyn diqqətsizliyi olsun, istərsə də subyektiv səbəblərdən uşaqların nəzarətdən kənar qalması. Hər halda yaranmış vəziyyətin qurbanı bu uşaqlardır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/171686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR