Bakıda uşağın barmağında dəmir həlqə qalıb

Bakıda uşağın barmağında dəmir həlqə qalıb
08:22 11 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər uşağın barmağında dəmir həlqə qalması barədə məlumat daxil olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, dərhal nazirliyin müvafiq xilasediciləri hadisə yerinə cəlb olunaraq, Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin nəzarəti altında dəmir həlqəni uşağın barmağından kəsib çıxarıblar.
 
Əməliyyat saat 22:50-də başa çatıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR