Taylandda 14 dəfə bıçaqlanaraq torpağa basdırılmış 7
aylıq oğlan sağ qalıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Aydan
adlı körpə təsadüfən heyvanlarını otarmağa çıxaran bir qadın
tərəfindən aşkarlanıb.
“Əvvəlcə düşündüm ki, kimsə heyvanı diri-diri basdırıb. Sonra
torpağın altından kiçik bir ayaq çıxdığını görüb, dərhal əllərimlə
qazdım və körpənin sağ olduğunu gördüm”, - qadın bildirib.
Xəstəxanaya çatdırılan 7 aylıq Aydan, 14 bıçaq yarası alsa da,
sağlamlığına qovuşub. Həkimlərin “möcüzə körpə” adlandırdqları
Aydan İsveçli bir ailə tərəfindən övladlıq götürülüb.