Dünyada ən kiçik tranzistor yaradılıb

Dünyada ən kiçik tranzistor yaradılıb
08:32 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerikalı fiziklər dünyada ən kiçikölçülü tranzistor yaradıblar. Mikrosxemlərin elektron komponenti təxminən bir nanometr uzunluğunda rəzəyə malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, rəzənin uzunluğunun azaldılması tranzistorda molibden sulfidin istifadəsi sayəsində mümkün olub. Bu material silisiumla müqayisədə daha aşağı dielektrik keçiciliyinə malikdir ki, nəticədə kiçikölçülü rəzənin köməyi ilə qurğuda gərginliyi idarə etmək olar.

Alimlərin tədqiqat işi elektron komponentlərin fiziki ölçülərinə məhdudiyyət qoyan "Mur qanunu"nu təkzib edib. Belə ki, bu qanuna əsasən, rəzəsi 5 mm-dən aşağı olan silisium tranzistorların yaradılması qeyri-mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/478000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR