Rusiya ABŞ-la dialoqdan imtina etmir

Rusiya ABŞ-la dialoqdan imtina etmir
08:32 11 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Suriya böhranı ilə əlaqədar ABŞ-la dialoqdan imtina etmir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov bəyan edib.
 
"Rusiya bundan sonrada ardıcıl olaraq Suriyada terrorla mübarizə aparacaq və vəziyyətin gərginləşməməsi üçün çalışacaq. Biz ABŞ-la dialoqdan imtina etmirik, lakin dialoqu yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında aparmağa hazırıq.  Münasibətlərimiz BMT-də, qurumun Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlar çərçivəsində davam edəcək", deyə Antonov bildirib.
 
Xatırladaq ki, oktyabrın 3-də rəsmi Vaşinqton Rusiya ilə Suriya üzrə ikitərəfli əməkdaşlığı dayandırıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR