"FETÖ üzvüdür"- 40 min nəfər haqda belə yalan xəbər verilib

"FETÖ üzvüdür"- 40 min nəfər haqda belə yalan xəbər verilib
08:52 11 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Təhlükəsizlik İdarəsi: "Onların arasında oğlunu haqda yalan məlumat verən ata, əri barədə deyən həyat yoldaşı, qonşusundan yalan məlumat çatdıran vətəndaşlarımız var"
Bakı. 11 oktyabr. REPORT.AZ/ "40 min nəfərin Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olması haqda xəbər verilib".
"Report" Haberturk-ə istinadən xəbər verir ki, bu haqda Ankar Təhlüksizlik İdarəsi Terrora qarşı mübarizə İdarəsi məlumat yayıb.
İnformasiyaya görə, dövlət çevirişinə cəhd edilən gündən, iyuln 15-dən indiydək 40 min nəfərin FETÖ-yə üzv olması haqda təhlükəsizlk qurumlarına məlumat verilib.
Xəbərə əsasən, həmin məlumatların kin və nifrət hissindən qaynaqlandığından müəyyən edilib. İnformasiyada bildirilib ki, belə xəbərlər araşdırldıqdan sonra onların çoxunun əsassız, yalan olduğu aşkarlanıb.
"Onların arasında oğlunu haqda yalan məlumat verən ata, əri barədə deyən həyat yoldaşı, qonşusundan yalan məlumat çatdıran vətəndaşlarımız var. Belə məlumatlar barəsində cinayət işi açırıq", -deyə təhlükəsizlik idarəsindən bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/feto-ye-uzvudur-40-min-nefer-haqda-bele-yalan-xeber-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR