“Tesla” sürpriz məhsul təqdim edəcək

“Tesla” sürpriz məhsul təqdim edəcək
08:57 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın pilotsuz avtomobillər istehsal edən özəl şirkəti "Tesla"nın rəhbəri İlon Mask (Elon Musk) yeni və gözlənilməz məhsulun təqdimatını anons edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
 
İ. Mask oktyabrın 17-də politsuz avtomobillərlə bağlı təqdim keçirəcəklərini, oktyabrın 28-də isə "Tesla Motors" və "SolarCity"nin birgə məhsulunu təqdim edəcəklərini bildirib. Lakin o, yeni məhsulun konkret nədən ibarət olacağını açıqlamayıb.
 
"Business İnsider" qeyd edib ki, söhbət "Powerwall" və "Powerpack" günəş panellərindən gedə bilər. Həmin panellər "Tesla" avtomobillərini ev şəraitində şarj etməyə imkan verəcək. Ən gözlənilməz məhsul kimi "Tesla" pilotsuz avtomobilləri üçün ikinci nəsil avtopilot sisteminin təqdim edilə biləcəyi də iddia olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR