ARDNF tender elan edib

ARDNF tender elan edib
09:12 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tibbi sığorta xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Tenderdə iştirak haqqı 100 manatdır. İddiaçılar lazımi sənədləri noyabrın 22-nə qədər, tender təkliflərini isə dekabrın 1-nə qədər ARDNF-in Bakı şəhəri, Heydər Əliyev prospekti,165 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər.
Tender təkliflərinə dekabrın 2-də saat 11:00-da adıçəkilən ünvanda baxılacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/ardnf-tender-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR