Rusiya müdafiə nazirinin müavini: "Azərbaycan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır"

Rusiya müdafiə nazirinin müavini: "Azərbaycan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır"
09:57 11 Oktyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda bildirib.
Nazir müavini qeyd edib ki, Rusiya Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başladıb və beynəlxalq ictimaiyyəti onun səylərini dəstəkləməyə çağırır.
"Rusiyanın Suriyadakı fəaliyyətinin mühüm məqamı bu ölkənin xalqına humanitar yardım təmin etməkdən ibarətdir. Son zamanlarda Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başlatmışıq. Üstəlik, beynəlxalq ictimaiyyətə, qabaqcıl ölkələrin müdafiə nazirliklərinə müraciət edərək, onalrı da bu səylərə dəstək verməyə çağırmışıq. Belarus bizi dəstəkləyirib. Eyni zamanda Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan da humanitar yardım göndərməyi planlaşdırır", - deyə o vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR