Səudiyyə Ərəbistanı Misirə neft tədarükünü dayandırdı

Səudiyyə Ərəbistanı Misirə neft tədarükünü dayandırdı
10:03 11 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının “Aramco” milli neft şirkəti Misirə neft tədarükünü dayandırıb.

Publika.az “Bevvabetu Ahbaru'l Yevm” portalına istinadən xəbər verir ki, bu barədə Misirin Neft Nazirliyinin sözçüsü Həmdi Əbdüləziz məlumat verib.

O bildirib ki, “Aramco” neft şirkəti bu ilin oktyabr ayı ərzində Misirə neft tədarükü etməyəcəyini açıqlayıb. Həmdi Əbdüləziz bu qərarın səbəbini açıqlamayıb.

H.Əbdüləziz qeyd edib ki, neft məhsullarının tədarükü ilə bağlı Misirlə Səudiyyə Ərəbistanı hökumətləri arasında 5 illik müqavilə bağlanıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz əl Səid bu ilin aprel ayında Misirə səfəri zamanı 23 milyard dollarlıq müqavilə imzalayıb:

“Həmin müqaviləyə görə, Səudiyyə Ərəbistanı Misirə 5 il ərzində aylıq 700 min ton neft məhsulu tədarük etməlidir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR