Aİ-Azərbaycan alt komitələrinin iclası bu həftə Bakıda keçiriləcək

Aİ-Azərbaycan alt komitələrinin iclası bu həftə Bakıda keçiriləcək
10:12 11 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı-Azərbaycan alt komitələrinin iclasları bu həftə Bakıda keçiriləcək.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu həftə üç alt komitənin iclası baş tutacaq.
Belə ki, oktyabrın 12-də ədliyyə, azadlıq, təhlükəsizlik üzrə alt komitənin, oktyabrın 13-də insan hüquqları üzrə alt komitənin, oktyabrın 14-də isə insanlar arasında əlaqə alt komitəsinin iclası keçiriləcək.
Aİ-Azərbaycan alt komitələrin iclasları zamanı tərəflər arasında müvafiq sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ai-azerbaycan-alt-komitelerinin-iclasi-bu-hefte-bakida-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR