Qazaxıstan prezidenti Azərbaycana səfərindən sonra Ermənistana yollanacaq

Qazaxıstan prezidenti Azərbaycana səfərindən sonra Ermənistana yollanacaq
10:32 11 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasda Qazaxıstan prezidenti ilə yanaşı, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçılarının da iştirakı planlaşdırılır.
Xatırladaq ki, oktybarım 12-də N.Nazarbayev Azərbaycana rəsmi səfər edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/region/qazaxistan-prezidenti-azerbaycana-seferinden-sonra-ermenistana-yollanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR