Xanımı Şahin Zəkizadə haqda: "Ağrıları var"

Xanımı Şahin Zəkizadə haqda:  "Ağrıları var"
10:41 11 Oktyabr 2016
436 Şou
Ölkə mətbuatı
A- A+

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin müalicəsi davam edir.

Axşam.az-ın məlumatına görə, xanımı Səbinə Zəkizadə bildirib ki, rejissor hazırda kimyaterapiya alır:

“Şahinin müalicəsi davam edir. Kimyaterapiyanın birinci mərhələsinin üçüncü hissəsindədir. Ağrıları, ürəkbulanmaları var. İnşallah, tez bir zamanda evimizə gələr. Dualarınız üçün, hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, ötən gün rejissorun ziyarətinə əməkdar artist Bəhram Bağırzadə gedib.

Ş.Zəkizadə hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicəsini davam etdirir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR