Bu siyasətçilər öldürüləcək – ŞOK SİYAHI - FOTO

Bu siyasətçilər öldürüləcək – ŞOK SİYAHI - FOTO
10:53 11 Oktyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

PKK terror təşkilatı Türkiyədə mülki vətəndaşları, təhlükəsizlik qüvvələrinin əməkdaşları və polislərlə yanaşı, onlara qarşı çıxan siyasətçilərə də sui-qəsd planı hazırlayıb.

Publika.az
xəbər verir ki, terror təşkilatının liderləri onlar kimi düşünməyənləri hədəf almaq əmri verib.

İndiyə qədər bir sıra siyasətçilər qətlə yetirilib. Ötən il AKP-nin Beytüşşebap mahalının gənclik təşkilatının rəhbəri Naci Adıyaman və AKP-nin Hakkaridən millət vəkilliyinə bir nömrəli namizədi olan Ahmet Budakın öldürülüb.

Dünən Van vilayəti Özalp mahalında AKP-nin şöbə müdirinin müavini Aydın Muştu övladlarının gözü önündə öldürülüb. Dünən axşam saatlarında isə Diyarbəkirdə AKP-nin mahal şöbəsinin müdiri Deryan Aktert iş yerində PKK-çılar tərəfindən qətlə yetirilib.

Məlumatlara görə, PKK öldürməyi planlaşdırdığı siyasətçilərin siyahısını hazırlayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR