Çexiya millisinin start heyəti: 4 oyunçu və taktiki dəyişiklik

Çexiya millisinin start heyəti: 4 oyunçu və taktiki dəyişiklik
11:05 11 Oktyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

Çexiya yığmasının heyətində DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla matçda meydana çıxacaq təxmini "11-lik" müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Karel Yarolim heyətdə müəyyən dəyişikliklərə əl atacaq.

Üç gün öncə Almaniya ilə (0:3) səfər qarşılaşmasında olduğu kimi, çərçivə yenə Tomaş Vaçlikə tapşırılacaq. Yarolim müdafiə xəttində bir dəyişiklik etməyi düşünür. Belə ki, Pavel Kadebarekin əvəzinə müdafiənin sağ cinahında bu dəfə Teodor Gebre Selassienin iştirakı gözlənilir. Müdafiənin mərkəzində Tomas Sivokla kapitan Marek Suşi yer alacaqlar. Sol cinahda isə yenə Filip Novak mübarizə aparacaq.
 
Məşqçilər korpusu yarımmüdafiə xəttində bəzi dəyişikliklərə əl atmalı olacaq. Cəzalı duruma düşən David Pavelkanı debütant Lukaş Droppa əvəz edəcək. Orta sahədə ona Tomaş Horava kömək edəcək. Borek Dokal və Ladislav Kreyçi də ilk dəqiqələrdən meydandakı yerlərini tutacaqlar.
 
Almaniya ilə qarşılaşmada 4-5-1 taktiki sxemindən istifadə edən Karel Yarolimin bu dəfə komandasını 2 hücumçu ilə oynadacağı bildirilir. Çexiyalı həmkarlarımız Almaniya ilə görüşdə yeganə hücumçu olan Matey Vidranın bu dəfə ehtiyatdan başlayacağını iddia ediblər. Əvəzində Vaçlav Kadleç və Patrik Şikin ön xətdə qol axtarışında olmaları gözlənilir.
 
Qeyd edək ki, Ostrava şəhərinin "Munisipal" stadionunda keçiriləcək Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR