İbrahimdən Rzaya DƏSTƏK: "Başımı kəssələr, yalan demərəm"

İbrahimdən Rzaya DƏSTƏK: "Başımı kəssələr, yalan demərəm"
11:27 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az "Sözcü"yə istinadla bildirir ki, o, hazırda Amerikada həbsdə olan Rza Zərrabla bağlı fikirlərini bölüşüb:

"Mən sizə nə vaxt yalan demişəm ki, indi deyim... Mən sizdən həmişə doğruluğu öyrənmişəm, ona görə də başımı kəssələr, yalan demərəm. 17-25 dekabrda Rza qardaşıma oğrudur dedilər, mən də "o, oğrudursa, mən də oğruyam" dedim. Nəticə nə oldu bəs? Mənim dediyim oldu. 17-25 dekabr məsələsi yavaş-yavaş həll olunur. Deməli, sizin İbonuz gerçəkləri deyib. Allah qurtarsın. İndi o, günahsız yerə Amerikada həbsdədir. Amma ilahi ədalət deyilən bir şey var. Mən buna inanıram. Allah böyükdür."

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/478250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR