Xanımı Şahin Zəkizadə haqda: "Ağrıları var" - FOTO

Xanımı Şahin Zəkizadə haqda: "Ağrıları var" - FOTO
11:32 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin müalicəsi davam edir. 

Axşam.az-ın məlumatına görə, xanımı Səbinə Zəkizadə bildirib ki, rejissor hazırda kimyaterapiya alır:

"Şahinin müalicəsi davam edir. Kimyaterapiyanın birinci mərhələsinin üçüncü hissəsindədir. Ağrıları, ürəkbulanmaları var. İnşallah, tez bir zamanda evimizə gələr. Duaları üçün hər kəsə təşəkkür edirik".

Qeyd edək ki, ötən gün rejissorun ziyarətinə əməkdar artist Bəhram Bağırzadə gedib. 

Ş.Zəkizadə hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicəsini davam etdirir.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR