UNO-ların sirri açıldı - VİDEO - FOTO

UNO-ların sirri açıldı - VİDEO - FOTO
14:32 5 Yanvar 2015
284 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) UNO-larla bağlı açıqlama verib.

Anspress-in məlumatına görə, MKİ 1950 və 60-ci illərdə ABŞ-da böyük marağa səbəb olan UNO obyektlərinin arxasında özlərinin olduğunu açıqlayıb. 50 il sonra gələn o etirafa görə, insanlara UNO olduğu deyilən obyektlər əslində MKİ-yə aid casus təyyarələr imiş.

Mərkəzi Kəşfiyyat İdarəsi bu sirri yarım əsr sonra açıqlayıb. Rəsmi Twitter hesabından açıqlama verən MKİ UNO olduğu güman edilən naməlum obyektlərin gizli təyyarə layihələrinə aid olduğunu ifadə edib.

MKİ-nin hesabatında yer alan məlumata görə, 1954-1974-cü illər arasında yerdən təxminən 19 min metr yüksəklikdə müşahidə və sınaq uçuşları həyata keçirilib. Hesabatda deyilir ki, "U-2" təyyarəsinin yüksək hündürlükdə uçuşlar həyata keçirməsinin insanlar arasında çaşqınlığa səbəb olduğu və bu obyektlərin UNO olduğu zənn edilib.

Yüksəklikdə uçan təyyarələrin Günəşin şüasının düşməsi ilə görüntüsünün dəyişdiyini iddia edən MKİ bu görüntülərin UNO-lara aid olmadığını qeyd edib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.




Videoları izləmək üçün şəkillərə klikləyin.
фото


фото


фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR