Təhsil Nazirliyi tanınan diplomlarla bağlı yeni məlumat bazası istifadəyə verib

Təhsil Nazirliyi tanınan diplomlarla bağlı yeni məlumat bazası istifadəyə verib
11:57 11 Oktyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan ərazisində tanınan və ekvivalentliyi müəyyən edilən (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını alan şəxslər barədə məlumat bazası istifadəyə verilib.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, məlumat bazasına nazirliyinin saytındakı “Nostrifikasiya” bölməsinin “Tanınan diplomların sahibləri barədə məlumat bazası” keçidindən daxil olmaq olar.
Bazanın yaradılması Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.
Məlumat bazasında ilkin olaraq 2013-cü il may ayının 13-dən bu günə kimi ekvivalentliyi müəyyən edilən (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını alan şəxslər barədə məlumatlar yerləşdirilib. Axtarış panelində diplomu təsdiq olunan şəxsin soyadı, adı və atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür. Məlumat bazası mütəmadi olaraq yenilənəcək.
Bazadakı məlumatlardan həm nostrifikasiya olunan diplomların sahibləri, həm də onları işəgötürənlər yararlana bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/tehsil-nazirliyi-taninan-diplomlarla-bagli-yeni-melumat-bazasi-istifadeye-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR