Azərbayacanda bankların müştəri bazası yenidən artmağa başlayıb

Azərbayacanda bankların müştəri bazası yenidən artmağa başlayıb
12:02 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanda bank müştərilərinin ümumi sayı ilin əvvəlindən 246 094 nəfər və ya 4,3% azalaraq sentyabrın 1-nə 5 470 291 nəfər təşkil edib.
"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, aylıq müqayisədə 63 155 nəfər və ya 1,2% artım, illik müqayisədə isə 24 829 nəfər və ya 0,5% azalma baş verib.

Hesabata əsasən, müştərilərin 98,69%-i və ya 5 398 420 nəfəri fiziki şəxslər, o cümlədən 172 268 nəfəri sahibkarlıqla məşğul olan şəxslərdir.
Qeyd edək ki, cari ilin avqustun 1-nə Azərbaycanda əhalinin sayı 9 765,4 min nəfər təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbayacanda-banklarin-musteri-bazasi-yenedn-artmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR