Salyanın daha bir kəndinə qaz verilib

Salyanın daha bir kəndinə qaz verilib
12:07 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Salyan rayonunun Pambıqkənd kəndinə təbii qazın verilişi bərpa edilib.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Bildirilib ki, 238 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 441 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə həmçinin qeyd olunub ki, hazırda rayonun daha iki kəndi - Marışlı və Kürsəngi kəndlərində qazlaşdırma işləri uğurla davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/salyanin-daha-bir-kendine-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR