VTB Britaniyadakı ofisini bağlayan ilk xarici bank olacaq

VTB Britaniyadakı ofisini bağlayan ilk xarici bank olacaq
12:07 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması qərarı səbəbindən ölkədəki baş ofisini tərk etmək istədiyini açıqlayan ilk xarici bank Rusiyanın "VTB Capital" olub. 
"Report"un "RBK" agentliyinə istinadən verdiyi xəbərə görə, "The Financial Times" qeyd edir ki, "VTB Capital" Avropa üzrə baş ofisini Londondan köçürmək istədiyini bildirib. Bu barədə qəzetə "Bank VTB"-nin İdarə Heyətinin sədr müavini Gerbert Moos məlumat verib. 
Onun sözlərinə əsasən, Bankın İdarə Heyəti Frankfurt, Paris və ya Vyana şəhərlərindən birini yeni baş ofis mərkəzi olaraq seçməyi düşünür. G.Moos "VTB" üçün London ofisinin önəmli olaraq qalacağını, lakin baş ofis ola bilməyəcəyini açıqlayıb. 
O həmçinin bildirib ki, ABŞ və Aİ-nin Rusiyaya tətbiq etdiyi sansksiyalar "Bank VTB"-ni Hindistan, Çin və Vyetnam kimi ölkələrə yönəldərək fəaliyyət dairəsinin genişlənməsinə səbəb olub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vtb-britaniyadaki-ofisini-baglayan-ilk-xarici-bank-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR