"Türkiyənin bu bazasını İsa peyğəmbər idarə edir"

"Türkiyənin bu bazasını İsa peyğəmbər idarə edir"
12:37 11 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə "İncirlik" hərbi hava bazasındakı Amerikanın Hərbi Hava Qüvvələrinin komandiri polkovnik-leytenant Mixael Kersten bütün qərarlarının İsa peyğəmbərin göstərişi ilə verdiyini açıqlayıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, amerikalı polkovnikin bu sözləri qalmaqala səbəb olub və 100-ə yaxın amerikalı əsgər Hərbi Dini Azadlıq Qurumuna (MRFF) müraciət edərək, Kerstenin cəzalandırılmasını tələb edib.

ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı məsələyə qarışaraq, Kersteni sorğu-sual edib.

Polkovnik-leytenant rəhbərlik qarşısında da bəyan edib ki, qərarlarını İsa peyğəmbərin göstərişləri ilə verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR