Azərbaycanda əlilliyə səbəb olan genetik xəstəlikləri öyrənən xüsusi laboratoriyalar yaradılacaq

Azərbaycanda əlilliyə səbəb olan genetik xəstəlikləri öyrənən xüsusi laboratoriyalar yaradılacaq
14:33 5 Yanvar 2015
287 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda əlilliyin səbəbi olan genetik xəstəliklərin öyrənilməsi məqsədi ilə laboratoriyalar yaradılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı” layihəsinə daxil edilib.

Layihəyə görə, inkişafdan geri qalmış uşaqlara və onların valideynlərinə, yaxın qohumlarına psixoloji və metodik köməklik göstərilməsi məqsədilə tibb müəssisələrində kabinetlər də yaradılacaq.

Bununla yanaşı, Bakıda və respublikanın digər böyük şəhərlərində lal-kar və zəif eşitmə qabiliyyəti olan uşağa xidmət göstərən surdoloji mərkəzlər açılacaq. Bu mərkəzlərdə işləmək üçün eşitmə qabiliyyəti pozulmuş insanların mimikasını bilən xüsusi işçi heyət hazırlanacaq.

Anadangəlmə və ya sonradan qazanılmış eşitmə problemi olan şəxslərə eşitmə qabiliyyətini qaytaran daxili qulağın protezləşməsi (koxlear implantasiya) əməliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilərək ölkəmizdə tətbiq ediləcək. Bu əməliyyat dövlət vəsaiti hesabına həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR