Bütün dünya bu toydan danışır: 5 milyon manatlıq mərasim - FOTOLAR

Bütün dünya bu toydan danışır: 5 milyon manatlıq mərasim - FOTOLAR
13:18 11 Oktyabr 2016
55 Şou
Ölkə mətbuatı
A- A+

Albaniya şahzadəsi 2-ci Leka Zoqu ölkənin ən məşhur müğənnisi və aktrisası Elia Zaharia ilə evlənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün rəsmi nikahı Albaniya hökuməti tərəfindən muzeyə döndərilən, Kral Zoqunun sarayında baş tutub. Nikah mərasimində İngiltərə, İspaniya, Almaniya, Yunanıstan, Avstriya, Belçika, Ermənistan, Misir, İtaliya, İran, Lüksemburq və Lixtenşteyn şahzadə və şahzadə qızları, kral ailə üzvləri, dünyanın aparıcı iş adamları iştirak edib. Lakin toya alban siyasətçilərindən heç kim gəlməyib.

Toy Tiranın ən məşhur otelində keçirilib. Deyilənlərə görə, nikaha və toya ümumilikdə 2,5 milyon avro (təxminən 4 milyon 250 min manat) xərclənib.

Xatırladaq ki, Albaniyada 82 ildən sonra kral ailəsinin nümayəndəsi ilk dəfə Tiranada evlənib. Albaniyanın son Kralı Leka Zoqu ikinci dünya müharibəsi zamanı kommunist rejim tərəfindən ölkəsindən qovulmuş və bütün mülkünə əl qoyulmuşdu.

Aytən









Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/171723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR