Fransa klubu Neymar üçün 222 milyon avro ödəməyə hazırdır

Fransa klubu Neymar üçün 222 milyon avro ödəməyə hazırdır
13:22 11 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Fransanın PSJ klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
"Report"un "Goal.com"a istinadən verdiyi məlumata görə, Paris təmsilçisi İspaniyanın "Barselona" klubunda çıxış edən Neymarı heyətinə qatmağı planlaşdırır.
PSJ 24 yaşlı braziliyalı üçün "Barselona" ilə olan müqavilədə göstərilən sərbəst qalma məbləğini ödəməyə hazırdır. Bunun üçün Paris təmsilçisi 222 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Neymarın "Barselona" ilə 2021-ci ilədək müqaviləsi var.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/fransa-klubu-neymar-ucun-222-milyon-avro-odemeye-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR