Nailə Mirməmmədli nənə olacaq - fotolar

Nailə Mirməmmədli nənə olacaq -  fotolar
13:31 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bəstəkar Nailə Mirməmmədli nənə olacaq.

Axşam.az-ın məlumatına görə, bəstəkar bu haqda "10-dan sonra” verilişində deyib.

Rəhmətə gedən bəstəkar həyat yoldaşı Hikmət Mirməmmədlini xatırlayan N.Mirməmmədli onun ölümü ilə hələ də barışmadığını deyib:

“Allah heç kimin ailəsinə bivaxt ölüm nəsib etməsin. Həyat yoldaşım vaxtsız öldü. Bu ayrılığa öyrəşməmişəm, Hikməti hər zaman yanımda hiss edirəm. Onun övladları mənə çox böyük təskinlikdi. Allah hər kəsin evinə şadlıq nəsib etsin, yaxınlarda nənə olacam. Bu da məni sevindirir. Bu bizim ailədə böyük bir bayramdır”.

Foto: Ramin ASLANOV



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR