"O, son vaxtlar özünə qapanmışdı" - BANM-dən intihar AÇIQLAMASI

"O, son vaxtlar özünə qapanmışdı" - BANM-dən intihar AÇIQLAMASI
13:54 11 Oktyabr 2016
169 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı Ali Neft Məktəbi alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlunun intiharı ilə bağlı məlumat yayıb.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib: "Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir. Son vaxtlar tələbə özünə qapanıb, son bir ayda dərslərdə iştirak etməyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıblar: "BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verir".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR