Bakı Ali Neft Məktəbi tələbəsinin ölümü ilə bağlı məlumat yayıb

Bakı Ali Neft Məktəbi tələbəsinin ölümü ilə bağlı məlumat yayıb
14:07 11 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) tələbəsinin ölümü ilə bağlı məlumat yayıb.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova "Report"a bildirib ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Hüseyn Maarif oğlu Abbasov tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib: "Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyindən hadisənin mümkün səbəbləri barədə məlumat verilmir".
Onun sözlərinə görə, son vaxtlar tələbə özünə qapanıbmış: "Ötən bir ayda dərslərdə iştirak etməyib. BANM-in müvafiq qurumları da bununla bağlı tələbənin valideynlərini məlumatlandırıblar".
BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş verən hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/baki-ali-neft-mektebi-telebesinin-olumu-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR