Uşaqlara cinsi tərbiyəni kim verməlidir? - REPORTAJ

Uşaqlara cinsi tərbiyəni kim verməlidir? - REPORTAJ
14:14 11 Oktyabr 2016
90 Digər
Ölkə mətbuatı
A- A+

Bəzən biz valideynlər uşaqlarımız tərəfindən verilən sualın qarşısında aciz qalırıq. "Ana, mən dünyaya necə gəldim?". Bu sualı necə cavablandırmaq lazım olduğunu bilirsinizmi? Uşaqların bu tipli suallarını necə cavablandırmaqda aciz qalan bəzi valideynlər "Səni xəstəxanadan almışıq", "Hədiiyə veriblər", "Leylək gətirib" və s. kimi cavablandırmadan istifadə edirlər.

 

Mütəxəssislər hesab edir ki, hər bir insanın cinsi tərbiyəsi ailədə, uşaq 3-4 yaşında olarkən başlanmalıdır. Uşaq ana-atasına soruşduğu suallara cavab ala bilməyəndə şübhələr, qorxular və cinsi biliksizlik içərisində qalır. Maraqlıdır, bəs valideynlər necə hesab edir? 

 

- Uşağın tərbiyəsi ilə elə anadan olandan məşğul olmaq lazımdır. Amma cinsi tərbiyəyə məktəb dövründə başlamaq vacibdir. Bağça yaşlarında cinsi tərbiyənin əhəmiyyəti yoxdur.

 

- Mən ona deyərdim ki, səni haradansa almışıq. Çünki mən ona o yaşda düzgün izah verə bilmərəm. Valideynlə uşağın atasında pərdə olmalıdır.

 

- Düşünürəm ki, uşağın cinsi tərbiyəsi çox önəmli məsələdir. Buna iki, üç yaşdan başlamaq lazımdır. Xüsusi ilə indiki dövrdə. Əvvəlcə valideynlər tərbiyə etməlidir. Ailədə uşağa hələ kiçik yaşlarından öyrədilməlidir. Daha sonra  bu tərbiyə bağça və məktəbdə davam etdirlməlidir.

 

- Uşaq özünü dərketmə həddinə çatdıqdan sonra cinsi tərbiyə artıq aşılanmalıdır. Oğlanlara qızların yanında özünü necə aparmalı , qızlara isə oğlanlar olan yerlərdə necə davranmalı olduqları 5-6 yaş arasında valideynləri tərəfindən öyrədilməlidir.

 

Mütəxəssislər isə hesab edir ki, bu dövrdə valideynlərin tərbiyəsi ilə yanaşı müəllimlərin tərbiyəsi də əhəmiyyət daşıyır. Mütəxəssis Sevin Abdullayeva hesab edir ki qız və oğlan uşaqları bədənlərini bu yaş mərhələsində daha yaxşı öyrəndikləri üçün onlarla cinsi tərbiyə daha diqqətli aparılmalıdır: "Uşaq 3 yaşından etibarən qız və yaxud oğlan olduğunu başa düşür. 4 yaşından isə uşaqlarda qarşı sincə maraq oyanır. Onlar orqanizmdəki fərqləri hiss etməyə başlayır. Bununla bağlı həm tərbiyəçilərə , həm də valideynlərə çoxsaylı suallar verirlər. Bəziləri buna aqressiv yanaşırlar. Bunun çox ayıb olduğunu uşağa başa salmağa çalışırlar. Bu çox yanlış addımdır. Ən çox bu sualların cavabını biz oyunlar formasında izah edirik. Çünki uşağın süuraltına bu üsul daha yaxşı təsir edir. Oyunlar zamanı oğlanlara, mərdlik, cəsarət , güclülük, qızlara daha çox incə nəvazişlə yanaşmaq öyrədirik. Hətta bağçada kiçik stulları oğlanlara daşıtdırmala onlara aşılayırıq ki, kişi güclü olmalı, qadınlara əziyyət verməməlidir.  Qızlara isə toxumaq, tikiş tikmək, oyuncaqları səliqəyə salmaq işlərini tapşırırıq".

 

Sevin Abdullayevanın sözlərinə görə, uşaq mənsub olduğu cinsi bilməli, öz cinsinə hörmətlə yanaşmalıdır: "Bəzən elə tərbiyə müəssisələri olur ki, orda oğlanlar və qızlar bir birindən təcrid olunurlar. Bu, tamamilə yanlışdır. Bu cür yanaşma gələcəkdə uşaqların qarşı cinslə münasibətinin formalaşmasına ciddi maneələr yaradır. Məktəbəqədər  təhsil müəssisələrində cinsi tərbiyə nə qədər erkən başlasa, daha sağlam gənclik böyüyə bilər. Təəssüflər olsun ki , bunu uşaqlara yalnız internetdən əldə etdiyimiz medodik vəsaitlər hesabına öyrədirik. Əlaqədar qurumlar tərəfindən cinsi tərbiyə ilə bağlı bağçalara heç bir vəsait verilmir. Çox yaxşı olardı ki, belə metodik vəsaitlər Azərbaycan dilində çap olunsun ki, mütəxəssislərdə bundan istifadə edə bilsin" .

 

Mövzuya münasibət bildirən psixoloq Narınc Rüstəmova qeyd edib ki,  uşaqların cinsi tərbiyəsi heç də yetkinlik yaşından başlamamalıdır. Bu tərbiyə üç yaşından təlqin edilməlidir, çünki məhz bu yaş dövrü uşaqlarda "mən"in formalaşması dönəminə təsadüf edir: "Uşaq bilməlidir ki, mənim bədənim toxunulmazdır. Bu gün evimizə qonaq gələndə biz uşağa təzyiq edirik ki, get qonaqla görüş. Qonaq da onu bağrına basır, bu uşaq üçün psixoloji təzyiqdir. Bu dönəm uşağın özünü kəşf etmək dönəmidir. Çünki ona bir yad adam toxunursa, uşaq məktəb dönəmində də buna imkan verəcək. Yəni o düşünür ki, mənə hamı toxuna bilərsə, bu məktəbdə də olmalıdır, bağçada da. Bu isə gələcəkdə yanlış addımlarla nəticələnir".

 

Narınc Rüstəmovanın sözlərinə görə, 3-4 yaş qrupu arasında olan uşaqlara fərdi olaraq ayaq yoluna getmək, gigiyenik qaydalara valideynin köməkliyi olmadan riayət etmək , paltarını dəyişmək vərdişi təlqin edilməlidir. Bundan başqa valideyn uşaqları hədsiz nəzarətdə saxlamaqdan çəkinməlidir. Bir mənalı olaraq uşağa izah edilməlidir ki, sənə özündən və valideynlərindən başqa heç kim toxuna bilməz: "Cinsi tərbiyədə təməl fikir bu olmalıdır. Uşaq bu dönəmdə öz cinsiyyətini kəşf etdiyi üçün qız uşaqları qız olduğunu atası, oğlan uşaqları isə anası ilə münasibətdə öyrənir. Elə ona görə də deyirlər ki, "Ata qızın, ana isə oğulun ilk məhəbbətidir". Bu təmas düzgün qurulmadıqda, yəni ata və ana uşaqla az zaman keçirdikdə uşaqlarda bu dönəmdə öz cinsini kəşf etmə zəifləyir" . 

 

Psixoloq bildirir ki, Azərbaycanda da mentalitetimizə uyğun olaraq uşaqlar üçün cinsi tərbiyəyə dair metodik vəsaitlərə ciddi ehtiyac var. Onun sözlərinə görə, inkişaf etmiş Avropa ölkələrində artıq kiçik yaş qrupları üçün belə vəsaitlər hazırlanıb: "Bizdə də bu vəsaitlərə ehtiyac var. Cəmiyyətin psixikasına uyğun olaraq uşaqlara cinsi tərbiyənin necə verilməsi kitabda nağıl formasında izah olunmalıdır ki, bu da uşağın özünü kəşf etməsinə, eləcə də valideynlərin maariflənməsinə şərait yaratsın. Çünki vaxtında valideyn tərəfindən cinsi tərbiyə almayan uşaqlar gələcəkdə yaşıdları ilə doğru ünsiyyət qura bilmirlər. Belə olanda qız uşaqları böyüdükcə oğlanlarla oturub durur, oğlan isə əksinə. Yaxşı olardı ki, bağçalarda və məktəblər "Həyat bilgisi" adlı dərsliklərdə bu mövzu ayrıca izah olunsun. Yəni cinsi tərbiyəyə dair üç-dörd dərs keçilsin. Metodik vəsaitlər həm də bağçalar üçün olmalıdır ki, mütəxəssislər bunu izah edə bilsin. Uşaqların cinsi tərbiyəsi prosesində kukla terapiyadan, biblo və art terapiyalardan da istifadə olunur".

 

Əməkdar müəllim , "Həyat bilgisi" dərsliyinin müəllifi Nüşabə Məmmədova hesab edir ki, cinsi tərbiyə əvvəlcə ailədən başlamalıdır. Bunu heç bir uşaq orta məktəbdə təhsil aldığı müddətdə tam olaraq yalnız "Həyat bilgisi" dərsliyindən almır: "Cinsi tərbiyə ilə bağlı "Həyat bilgisi" fənnində standartlara uyğun siniflərdə yaş səviyyələrinə uyğun surətdə açıqlanmış mövzularımız var. Məsələn " Ailə və onun sağlamlığı" , "Kimi özünə yoldaş seçərsən" mövzularda bu mövzu təbliğ olunur. Eyni zamanda "Reproduktiv sağlamlıq üçün hansı gigiyenik qaydalara əməl etmək lazımdır?" adlı mövzularımız var. Əlavə olaraq cinsi tərbiyə məsələləri ilə bağlı Təhsil və Səhiyyə nazirlikləri tərəfindən işlənilmiş metodik vəsaitlərimiz var ki, bu da "Həyati bacarıqlara əsaslanan təhsil" adlanır. Bu vəsaitin prioritetlərindən biri sağlamlıqdır. Həmin sağlamlıq mövzusunun daxilində bütün siniflər üzrə oğlan və qızların kimliyi ətraflı şəkildə işıqlandırılıb. Proses bir növ sadədən mürəkkəbə doğru inkişaf etdirilir".

 

Avropa ölkələrinin təcrübəsi göstərir ki, uşaqların cinsi tərbiyəsində yaş dövrünə uyğun bədii ədəbiyyatdan istifadənin böyük rolu var. Uşaqlar bu cür əsərləri oxumaqla öz mən"ini daha yaxşı inkişaf etdirir, qarşı cinslə davranış qaydalarını qavrayır, yetişkənlik dövrünü daha problemsiz keçirirlər. Uşaq psixologiyasına hesablanmış bu tipli bədii ədəbiyyat həm valideynlərin, həm də müəllimlərin uşaqların cinsi tərbiyəsi ilə bağlı işini yüngülləşdirmiş olur.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qurban Qurbanov: "Çalışacağıq ki..."

26 Sentyabr 2017 18:53

Bütün yollar "Qarabağ" - "Roma" oyununa aparır - PAYTAXTDA XÜSUSİ HAZIRLIQ

26 Sentyabr 2017 18:49

Siyasətin ən yüksək zirvəsini FƏTH EDƏN, kişilərə meydan oxuyan QADINLAR - FOTO

26 Sentyabr 2017 18:43

Gəncədə 2 nəfər bıçaqlanıb

26 Sentyabr 2017 18:37

Sabah “Qarabağ”ı nə gözləyir? - ŞƏRHÇİLƏRİN RƏYLƏRİ

26 Sentyabr 2017 18:33

Tofiq Sarıcalinski ordenlə təltif edildi

26 Sentyabr 2017 18:33

Bakıda "Transfer qiyməti: tətbiqi və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib

26 Sentyabr 2017 18:32

MTRŞ sədri ATV-dəki rəhbər dəyişikliyindən danışdı: "Dəfələrlə demişdik"

26 Sentyabr 2017 18:29

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

26 Sentyabr 2017 18:24

Azərbaycanda Afrika taunu təhlükəsi?

26 Sentyabr 2017 18:23

"SOCAR Trading": Dünya bazarında neftin qiyməti 40-60 dollar/barel olacaq

26 Sentyabr 2017 18:22

Dillər universitetində aksiyaya görə tələbələr qovulub? - AÇIQLAMA

26 Sentyabr 2017 18:19

Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edildi

26 Sentyabr 2017 18:16

Fransa prezidentinin azərbaycanlı tərcüməçisinin NÖVBƏTİ UĞURU

26 Sentyabr 2017 18:13

ATV-də köklü dəyişikliklər olacaq?

26 Sentyabr 2017 18:13

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

26 Sentyabr 2017 18:12

Yol tikintisi üçün maliyyə vəsaiti ayrıldı

26 Sentyabr 2017 18:10

Araz Abdullayevin başına nə gəlib? - SƏBƏB

26 Sentyabr 2017 18:07

50 ölkə ombudsmanı Ərdoğana Nobel istədi

26 Sentyabr 2017 18:03

"Səbail" rumıniyalı futbolçu ilə müqavilə bağlayıb

26 Sentyabr 2017 18:02

Salyana 3 milyon manat ayrıldı

26 Sentyabr 2017 17:59

Prezident onları təltif etdi

26 Sentyabr 2017 17:58

Tofiq Sarıcalinski 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

26 Sentyabr 2017 17:57

ADB Azərbaycan üçün inflyasiya proqnozunu artırıb

26 Sentyabr 2017 17:57

Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edilib

26 Sentyabr 2017 17:57

Azərbaycanlı tələbələrdən ibarət komanda Moskvada uğurla çıxış edib

26 Sentyabr 2017 17:52

İki nəfərə “Əməkdar artist” fəxri adı verilib

26 Sentyabr 2017 17:52

"Mən onu işdən çıxarmamışam"

26 Sentyabr 2017 17:52

Prezident Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

26 Sentyabr 2017 17:47

Ərdoğandan sərt açıqlama

26 Sentyabr 2017 17:46

""Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov

26 Sentyabr 2017 17:39

ABŞ-da nüvə zərbəsi üzrə məxfi sənəd AÇIQLANDI

26 Sentyabr 2017 17:38

Rus generalın ölümü barədə ŞOK İDDİA - VİDEO

26 Sentyabr 2017 17:33

Qurban Qurbanov: "Roma"nı çox da tərifləmək istəmirəm"

26 Sentyabr 2017 17:32

"Qarabağ"ın futbolçusu: "Çempionlar Liqasında oynamaqdan böyük qürur duyuram"

26 Sentyabr 2017 17:32

Çin və Azərbaycan baytarlıq sahəsində müqavilə imzalayıblar

26 Sentyabr 2017 17:32

"Qarabağ" - "Roma" oyununda yağış yağacaq

26 Sentyabr 2017 17:32

Türkiyənin müdafiə naziri sabah Azərbaycana gəlir

26 Sentyabr 2017 17:29

"Qarabağ"ı evində yenən olmayıb! - RƏQƏMLƏR VƏ FAKTLAR

26 Sentyabr 2017 17:27

Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub

26 Sentyabr 2017 17:27

Azər Xəlilov: “ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb"

26 Sentyabr 2017 17:23

Gürcüstan parlamenti yenilənmiş konstitusiyanı təsdiq edib

26 Sentyabr 2017 17:22

Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək

26 Sentyabr 2017 17:22

ATV-də dəyişiklik başladı: məşhur verilişlər bağlandı, iki tanınmış aparıcı işdən getdi

26 Sentyabr 2017 17:19

Dollar ucuzlaşır - MƏZƏNNƏ

26 Sentyabr 2017 17:18

Daş dövrünə canlı şahidlik etmək istəyirsinizsə...

26 Sentyabr 2017 17:18

"Qarabağ" klubu qırmızı vərəqə alan futbolçusunu cəzalandırıb

26 Sentyabr 2017 17:17

Sentyabrın 27-nə manatın məzənnəsi

26 Sentyabr 2017 17:16

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,5 dəfə üstələyib

26 Sentyabr 2017 17:12

Toqquşma başlayır, qonşularımız döyüşə girir - Türkiyəli politoloq MÜHARİBƏ PLANINI AÇDI

26 Sentyabr 2017 17:08