Millimizdə itki

Millimizdə itki
14:17 11 Oktyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Çexiyaya qarşı keçirəcəyi səfər oyununa ciddi itki ilə çıxacaq.

Milli.Az azerisport.az-a istinadla bildirir ki,  millimizin kapitanı Rəşad Sadıqov Osrtavadakı matçı buraxmalı olacaq.

Ayağında zədəsi olan təcrübəli futbolçunun bu oyuna qədər sağalacağına ümid bəslənilirdi. Amma ötən gecə matçın keçiriləcəyi "Vitkovitse" stadionundakı son məşq zamanı bəzi təmrinləri həyata keçirərkən Rəşadın vəziyyəti daha da ağırlaşıb. Bu üzdən də həkimlər onun qarşıdakı matçda iştirakını mümkünsüz sayıblar.

Bu üzdən də gözlənildiyi kimi, Sadıqovu Çexiya ilə oyunda Bədavi Hüseynov əvəz edəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR