Əri tərəfindən işgəncələrə məruz qalan qadının müəmmalı ölümü - TƏFƏRRÜATLAR

Əri tərəfindən işgəncələrə məruz qalan qadının müəmmalı ölümü - TƏFƏRRÜATLAR
14:22 11 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 3-də Bərdə rayonu Qaradəmirçi kəndində baş vermiş ölüm hadisəsinin təfərrüatı məlum olub. Evdə meyidi tapılan 25 yaşlı Ağdam rayon sakini, 25 yaşlı Quliyeva Gülnar Xurşud qızının ailə üzvlərinin mənzildə olduqları üzə çıxıb.  

Milli.Az bizimyol-a istinadən bildirir ki, mərhumənin anası Zemfira Paşayeva və zərərçəkənin vəkili Rafiq Məmmədov üç uşaq anası olan Gülnar Quliyevanın intihar etməsi iddiası ilə razılaşmırlar.
Gülnar həyat yoldaşı Həsənov Rəşad Məmmədhüseyn oğlu ilə toyda tanış olublar. Onlar evlənəndə Gülnarın 17 yaşı olub. Həm o, həm də Rəşad orta təhsillidirlər. 
Z.Paşayeva deyir ki, hazırda 32 yaşı olan kürəkəni fermada işləyir. Ailənin dolanışığı pis olmayıb, özü də qızının ailəsinə köməklik göstərib.

Vəkil R.Məmmədov deyir ki, ölümündən sonra Gülnarın çəkilmiş şəkillərindən onun dərman içib intihar etdiyi deyil, boğularaq öldürüldüyü aydın görünür: "Nəşin üzərində zorakılıq halları var. Rəşad mənimlə söhbətində dedi ki, Gülnardan onu sevib-sevmədiyini soruşub. Gülnar isə sevmədiyini bildirib. Ölüm hadisəsi zamanı Rəşad evdə olub. Əgər Gülnar özünü öldürübsə, həyat yoldaşı niyə təcili tibbi yardıma, polisə məlumat verməyib?
Maraqlıdır ki, hadisə yerinə polis və prokurorluq əməkdaşları vaxtında gəlməyiblər. Gülnarın nəşi dəfn üçün qəbristanlığa aparılarkən tibbi ekspertizaya aparılıb".
Z.Paşayeva qızının öldürülməsi iddiası ilə bağlı Baş Prokurorluğa şikayət edib. Zərərçəkən Rəşadla bağlı həbs-qəti imkan tədbirinin seçilməsini tələb edir. Hüquq-mühafizə orqanları tibbi ekspertizanın nəticəsini gözləməyi bildirib. Ekspertizanın rəyinin isə üç ay ərzində məlum olacağı deyilib. 

"Əgər zərərçəkən ekspertizanın rəyilə razı olmayıb şikayət etsə, onun dərman içib ölməsi, ya da boğub öldürülməsi ilə bağlı iddialar öz təsdiqini tapmasında çətinlik yaranacaq. Tibbi ekspertizanın rəyi tezləşdirilməlidir", - deyə vəkil bildirib. 

Z.Paşayevanın sözlərinə görə, qızı ilə kürəkəninin münasibətində son aylar gərginlik müşahidə olunub. Kürəkəni qızına gün verib, işıq verməyib. Gülnarı döyüb, işgəncə verib.

"Qız başını götürüb yanıma gəlmişdi. Rəşad qızımın qolunda siqaret söndürürdü. Gəlib üzr istədi, peşmanlıq hissi keçirdiyini və Gülnardan ayrılmaq istəmədiyini deyirdi.  Hətta Gülnar işgəncələrdən boğaza yığılıb məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Gülnar ailəsinin dağılmasını istəmədiyi üçün ərizəsini geri götürdü", - deyə Z.Paşayeva bildirib.
Zərərçəkmişin sözlərinə görə, yas mərasimi Ağdam rayonunda olub. Nə Rəşad, nə də onun yaxınları yas mərasimində iştirak etməyiblər.

"Qızımın üç yadigarı olan övladları Aysel, Aysun və Ceyhun övladları mənimlə qalırlar. Onlar məktəblidirlər. Onun taleyi bizi narahat edir. Əgər ölüm hadisəsi ədalətli araşdırılmasa, Rəşad cəzasını almasa, uşaqları Bərdə Rayon Prokurorluğunun binasına qoyub, özüm isə binanın qarşısında yandıracam", - deyə Z.Paşayeva bildirib.  

Vəkil ailənin kirayədə qaldığı ev sahibləri və qonşularla söhbət etdiyini bildirir. Onlar ölüm hadisəsindən gec xəbər tutduqlarını, Rəşadın evdə olduğunu görüblər. Amma Gülnarın valideyni və yaxınları hadisə yerinə gələrkən Rəşad evi tərk edib.

Bərdə Rayon Prokurorluğunun müstəntiqi Allahverdi Abuzərov "Bizim Yol"-a bildirib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır: "Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. G.Quliyevanın həyat yoldaşı Rəşad Həsənovun ifadəsi alınıb. Tərəfimizdən ölüm işi ilə bağlı təhqiqat aparılır".

R.Həsənovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Onun telefon nömrəsinə zəng çatmayıb.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çərçivəsiz ekranlı “OUKITEL Mix 2” və “OUKITEL C8” smartfonları təqdim olunub

19 Sentyabr 2017 15:35

12 yaşlı qızın intim fotosu BAŞINA BƏLA OLDU

19 Sentyabr 2017 15:33

Nicatla Rəşad Dağlı əlbəyaxa oldu - Toy yarımçıq qaldı

19 Sentyabr 2017 15:29

Siqaretdən istifadəni məhdudlaşdıran qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq

19 Sentyabr 2017 15:27

"Azercell" tələbələr üçün növbəti təqaüd proqramına başlayıb

19 Sentyabr 2017 15:27

Tbilisidə dünya futbol ulduzlarının iştirakı ilə xeyriyyə matçı keçiriləcək

19 Sentyabr 2017 15:27

Abşeronda dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinə daha bir cinayət işi açılıb

19 Sentyabr 2017 15:27

Bakının bu ərazilərində köhnə binalar sökülür

19 Sentyabr 2017 15:27

"Leninin, Stalinin, "26 Bakı komissarı"nın heykəlləri uçurulmamlı idi" - Komitə sədrindən ŞOK ETİRAZ

19 Sentyabr 2017 15:24

Azərbaycanda sovet dövrünün abidələrindən ibarət park yaradılsın - TƏKLİF

19 Sentyabr 2017 15:23

Sabirabadda ana doğuşdan sonra ölüb

19 Sentyabr 2017 15:22

Azərbaycanda 2 nəfəri bir qəbirdə basdırmaq...

19 Sentyabr 2017 15:20

Hamilə arvadını döydü, yandırdı, zorla qeyri-təbii yolla əlaqəyə girdi və... - Bakıdakı DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI

19 Sentyabr 2017 15:18

Premyer Liqa klublarının futbolçulardan topinq-test götürüldü

19 Sentyabr 2017 15:17

"Qarabağ"ın oyununa 45 min bilet satılıb

19 Sentyabr 2017 15:17

Müdafiə naziri Ermənistanla sərhəddə yerləşən hərbi hissələrdə... - FOTOLAR

19 Sentyabr 2017 15:14

Türkiyə-Yunanıstan-İtaliya təbii qaz ticarətinin inkişafı ilə bağlı anlaşma imzalayıb

19 Sentyabr 2017 15:12

"Qarabağ"- "Roma" matçına 45 min bilet satılıb

19 Sentyabr 2017 15:10

Oğurluğa görə həbs olunan futbolçu sərbəst buraxıldı

19 Sentyabr 2017 15:09

Zakir Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədinin müdafiə zolağında yerləşən hərbi hissələrdə olub

19 Sentyabr 2017 15:07

Səfir: "Azərbaycanda yapon dilinə maraq artır"

19 Sentyabr 2017 15:07

Roza Zərtgərli Qazaxıstanda - FOTO

19 Sentyabr 2017 15:04

İlham Əliyev: "Mən çalışıram və çalışacağam ki, Azərbaycan xalqı yaxşı yaşasın"

19 Sentyabr 2017 15:03

Saakaşvili Kiyevə gəldi – SON DƏQİQƏ

19 Sentyabr 2017 15:03

Rusiya hərbi gəmiləri Bakıda

19 Sentyabr 2017 15:03

Deputat: “Lenin və Stalinin heykəllərini, “26 Bakı komissarı”nın şərəfinə ucaldılmış abidəni yığıb saxlamaq lazımdır”

19 Sentyabr 2017 15:02

Ana fəryadı: “Daha bu yükü daşıya bilmirəm” - VİDEO

19 Sentyabr 2017 14:59

Azərbaycana gəlişləri məhdudlaşdırıldı

19 Sentyabr 2017 14:59

AMB: Azərbaycanda qiymətlərin uyğunlaşması prosesi ləng gedir

19 Sentyabr 2017 14:57

Ağdamda ev yandı

19 Sentyabr 2017 14:55

® Azercell-in növbəti fəxri təqaüdçüsü adını sən də qazan!

19 Sentyabr 2017 14:54

Məndən adam olmayıb, olmayacaq da...

19 Sentyabr 2017 14:53

Tələbənin qətlindən sonra Corciyada etirazlar başlayıb

19 Sentyabr 2017 14:52

Azərbaycan Premyer Liqasında ötən turun bütün oyunlarından sonra futbolçulardan dopinq-testlər götürülüb

19 Sentyabr 2017 14:52

“Azericard” prosessinq mərkəzi tender keçirir

19 Sentyabr 2017 14:52

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyi

19 Sentyabr 2017 14:50

Qadınların kişilər üzərində MİSTİK GÜCÜ haqqında maraqlı faktlar

19 Sentyabr 2017 14:48

Dövlət Miqrasiya Xidməti: Ötən ay 272 əcnəbinin Azərbaycanda yaşaması leqallaşdırılıb

19 Sentyabr 2017 14:47

"Topaz"da bu gün

19 Sentyabr 2017 14:47

Qızıl ucuzlaşacaq

19 Sentyabr 2017 14:47

“İlk növbədə Amerika!” - Trampın nitqinin tezisləri MƏLUM OLDU

19 Sentyabr 2017 14:38

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

19 Sentyabr 2017 14:37

Günün canlı oyunları Etopaz-da

19 Sentyabr 2017 14:37

Bülənt Ərsoy çimərlik geyimində

19 Sentyabr 2017 14:36

Hakerlər “CCleaner” proqramının iki milyon istifadəçisinin məlumatını ələ keçiriblər

19 Sentyabr 2017 14:35

Qəbələdə MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçiriləcək

19 Sentyabr 2017 14:27

Azərbaycanda 1960-cı ildən etibarən yaradılan mədəniyyət məhsulları mədəni sərvətlərə aid edilməyəcək

19 Sentyabr 2017 14:27

Azərbaycanlı prodüser məşhur amerikalı ulduzla

19 Sentyabr 2017 14:25

"10-15 sm yağış düşən kimi "SOS" qışqırırıq" - Abid Şərifov

19 Sentyabr 2017 14:24

Alimlər Moskvada tapılmış XVI əsr fars badəsindəki YAZILARI DEŞİFRƏ ETDİLƏR

19 Sentyabr 2017 14:23