Azərbaycanın kənd təsərrüfatı naziri Hollandiyaya səfər edəcək

Azərbaycanın kənd təsərrüfatı naziri Hollandiyaya səfər edəcək
14:32 11 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Hollandiyaya səfərə gedəcək.
Bu barədə "Report"a müsahibəsində Niderland Krallığının Azərbaycan yeni təyin olunmuş səfiri Onno Kervers məlumat verib.
Onun sözlərinə görə, səfər oktyabrın 26-29-da baş tutacaq. Səfər çərçivəsində H.Əsədov Hollandiyanın xarici ticarət naziri ilə görüşəcək, eləcə də ölkənin şərqində və cənub-şərqindəki müəssisələrdə olacaq.
Bundan başqa, azərbaycanlı nazir Vageningendəki Kənd Təsərrüfatı Universitetinə gedəcək və bu sahədə qabaqcıl texnologiyalarla tanış olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-kend-teserrufati-naziri-hollandiyaya-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR