Bakıda tələbənin intiharı ilə bağlı cinayət işi başlandı

Bakıda tələbənin intiharı ilə bağlı cinayət işi başlandı
14:42 11 Oktyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonu ərazisində tələbənin intiharı ilə bağlı cinayət işi başlanıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, hadisə ötən gecə Bakının Nizami rayonunun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb. Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR