Rusiya prezidenti Ermənistana səfərə gedəcək

Rusiya prezidenti Ermənistana səfərə gedəcək
14:52 11 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etmək üçün oktyabrın 14-də Ermənistana səfərə gedəcək.
"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iclas zamanı əsas diqqət terrorizmlə mübarizə tədbirlərinə yönələcək.
KTMT-nin Yerevandakı iclasında sədrlik Ermənistandan Belarusa keçəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-prezidenti-ermenistana-sefere-gedecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR