Adriano ile absurd müsahibə - MARAQLI

Adriano ile absurd müsahibə -   MARAQLI
14:57 11 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın braziliyalı futbolçusu Adriano Korrea klub televiziyasında yayımlanan "Absurd Suallar" proqramının qonağı olub. Fanat.Az futbolçunun ilginc suallara verdiyi maraqlı cavabları təqdim edir.


- İndi və ya keçmişdə bir "Hollivud" filmində rol alsan, hansı filmə çəkilmək və hansı obrazı canlandırmaq istərdin?

- Ceyms Bond filmində 007 obrazını canlandırmaq istəyərəm.


- Super qəhrəman olduğunu düşün. Super gücün nə olsun istərdin?

- "Super Adri" adlı bir obraz yaradıb, istedad olaraq insanları analiz etmək gücü əlavə edərdim və uğur qazanardım.


- Maşında və evdə müsiqi mərkəzini açanda ilk hansı mahnı səslənir?

- Maşına mindiyim zaman və ya müsiqi dinləmək istəyəndə Braziliya mahnıları dinləyirəm. Ad çəkə bilmərəm, amma lazımolsa "Sorrisa Maroto" deyərəm.


- Bir musiqi qrupu qursan, qrupun bateristi, solisti və gitaristi kim olardı?

- Qrupun vokalı yüz faiz Marselo olar. Baterist Kuareşma, arxa vokalda Fabri olardı. Talişka da alqışlayardı.


- Tribunada oturan azarkeş olsan, meydandakı Adrianonu necə söyərdin?

- Yəqin ki, motivasiya etməyə çalışardım. "Haydı Adriano, həmişəki kimi oyna, daha yaxşısını edə bilərsən, daha çox ötürmə edə bilərsən" kimi sözlər deyə bilərdim.


- Hansı futbolçunun üstünlüklərinin səndə olmasını istəyərdin?

- Braziliyalı Ronaldo, Neymar, Ronaldinyo, Messinin bəzi istedadının məndə olmasını istəyirəmdim. 


- "Beşiktaş"ın heyətində vurmaq istədiyin fantastik qolu xarakterizə etməyini istəyirəm...

- Çempionlar Liqasının finalıdı, ortaya gələn topa zərbə vururam və qol olur.


- Futbol tarixinin ən çox şişirdilən, lazım olandan çox böyüdülən idmançısı kimdi?

- Buna cavab verməsəm daha yaxşı olar. Amma hamının diqqətini cəlb edibsə, buna layiqdi.


- Son Olimpiya Oyunları vətənində keçrildi. Hansı idman növündə olimpiya medalı qazanmaq istəyərdin?

- Yəqin atletika olardı. Atletika çempionu olsaydım, Usayn Boltla mübarizə aparardım. 


- Karyerasını bitirmiş hansı 4 futbolçu ilə eyni komandada oynamaq istərdin?

- Braziliyalı Ronaldo, Messi, Neymar və Zidanla. (Messi və Neymar kryerasın bitirməyib).


- Başqa bir insanın yerinə keçmək şansın olsa, kim olardın?

- Yüz faiz memar olmaq istəyərdim. Ev dekorasiyası ilə bağlı araşdırma aparıram. Çox xoşuma gəlir. 


- Bir günlük klubun aşbazı olsan, komanda yoldaşların üçün hansı yeməyi hazırlayardın?

- Əvvəlcə baş məşqçimizə gözəl bir yemək hazırlayardım. Həmin yeməyi bəyənsə, komanda yoldaşlarım üçün də hazırlayaram. 


- Ailən sənin ən çox hansı xasiyyətindən narazıdı?

- Təmbəlliyimdən şikayətçi ola bilərlər. Mən oturub hər şeyi onların etməsini istəyirəm.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-adriano-ile-absurd-musahib-t53271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR