Rəcəb Tayyib Ərdoğan: "Türkiyənin heç kimin bir qarış torpağında gözü yoxdur"

Rəcəb Tayyib Ərdoğan: "Türkiyənin heç kimin bir qarış torpağında gözü yoxdur"
15:07 11 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Türkiyənin heç kimin bir qarış torpağında gözü yoxdur. Min ildir qardaş kimi yaşadığımız regionda taleyimiz də, kədərimiz də ortaqdır. Bizim öz torpaqlarımızın təhlükəsizliyini təmin etməkdən başqa məqsədimiz yoxdur". 
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Avrasiya İslam Şurasının toplantısında İraqın baş nazirinin Başika ilə bağlı çıxışlarına münasibət bildirərkən vurğulayıb.
Onun sözlərinə görə, Türkiyənin heç kimdən icazə almağa ehtiyacı yoxdur: "Bəzi ölkələr minlərlə kilometr uzaqdan gəlib Əfqanıstanda və s. yerlərdə özünə təhdid təşkil etdiyi iddiası ilə əməliyyat keçirəcək, Türkiyə 911 kilometrlik sərhədə malik Suriya, 350 kilometrlik sərhədə malik İraqdakı təhlükəyə müdaxilə etməyəcək? Biz bunu əsla qəbul etmirik. Əgər İraq və Suriyanın başı dərddədirsə, problemin həlli üçün hər cür səy göstərmək, tədbir görmək ən çox Türkiyənin məsuliyyətidir. Bu, hər şeydən əvvəl qardaşlıqdan, qonşuluqdan irəli gəlir. Bunun üçün də heç kimdən icazə almağa ehtiyacımız yoxdur, almağı da düşünmürük". 
"Hazırda İraqın baş naziri məni təhqir edir. Halbuki sən mənim səviyyəmdə deyilsən, sənin çığır-bağır salmağın bizim üçün heç də önəmli deyil, biz bildiyimizi edəcəyik. Əvvəla sən həddini bil. Siz Başika hərbi bazasını yaratmağımız üçün Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna müraciət etmişdiniz. Bu faktlar əlimizdə var və yaxın günlərdə hamısı televiziyalarda yayımlanacaq. Buna baxmayaraq, Başikadan çıxmağımızı istəyirsiniz. Türkiyə ordusu sizlərdən tapşırıq alacaq deyil", - deyə prezident vurğulayıb. 
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin 500 hərbçisi üç ildir Mosul əyalətinə bağlı Başika bölgəsinə yerləşdirilib. Onlar İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın şimalında Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/receb-tayyib-erdogan-turkiyenin-hec-kimin-bir-qaris-torpaginda-gozu-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR