AZAL Bakı-London aviareyslərinin sayını artırır

AZAL Bakı-London aviareyslərinin sayını artırır
15:07 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC qış cədvəlinin qüvvəyə minməsi ilə əlaqədar Bakıdan Londona müntəzəm reyslərin sayını artırır.
AZAL-ın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, hazırda aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanından Britaniya paytaxtının əsas hava limanı - Hitrou aeroportuna həftədə 5 reys yerinə yetirir. Oktyabrın 30-dan başlayaraq uçuşlar hər gün həyata keçiriləcək.
Şənbə günləri Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 18:25-də, Hitrou Beynəlxalq Hava Limanına çatma isə yerli vaxtla saat 20:25-də olacaq. Londondan uçuş yerli vaxtla saat 21:50-də, Bakıya gəlmə isə Bakı vaxtı ilə saat 07:20-də olacaq. Qalan bütün günlər üzrə Bakıdan uçuş 19:05-də, Londona gəlmə 21:05-də, Londondan uçuş 22:05-də, Bakıya gəlmə isə 07:35-də olacaq.
Qeyd edək ki, Londona aviareyslər üç sinifli - "Econom", "Comfort-club" və "VIP-club" salonlarla təchiz edilmiş "Boeing-787 Dreamliner" təyyarəsində həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/azal-baki-london-aviareyslerinin-sayini-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR