Ərdoğan: "İraqın baş naziri həddini bilsin"

Ərdoğan: "İraqın baş naziri həddini bilsin"
15:14 11 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

 

“ABŞ-dakı 11 sentyabr olaylarından sonra Qərbdə islam düşmənçiliyi artaraq davam edir”.

 

APA-nın məlumatına görə, bunu İstanbulda keçirilən 9-cu Avrasiya İslam Şurasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

R. T. Ərdoğan bildirib ki, dünyanın bir çox yerində müxtəlif dinlərə mənsub insanlar terror aktları törədir: “Bu günə qədər buddist, yəhudi, xristian, ateist terroru anlayışına rast gəlinibmi? Bu dinlərə mənsub insanların törətdikləri terror aktları hətta adi cinayət kimi təqdim olunur. Ancaq terroru törədən müsəlmandırsa, bunu məhz islami terror kimi təqdim edirlər. Bu təqdimatda medianın da böyük rolu var. Biz bu kimi hallara qarşı mövqeyimizi ortaya qoymalı, səsimizi ucaltmalıyıq ”.

 

Suriya və İraqda terror təhdidinə qarşı mübarizə aparmaq üçün Türkiyənin heç kimdən icazə almasına ehtiyacı olmadığını vurğulayan R. T. Ərdoğan Türkiyənin Suriya və İraqla böyük sərhəd zolağı olduğunu xatırladıb: “Min kilometrlərlə uzaqdan özlərinə qarşı terror təhdidinin olduğunu iddia edib, Suriya və İraqa gəlirlər. Türkiyəyə bununla bağlı heç kim söz deyə bilməz. Suriyada Cerablus və Çobanbəy qəsəbələrini “Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusu ilə birgə təmizlədik. Suriyada Münbicin əhalisinin 95 faizi ərəbdir. Ora PKK terror təşkilatının Suriya qolu PYD-ni yerləşdirməyə çalışırlar. Bizə söz verdilər ki, əməliyyatdan sonra PYD oradan çıxacaq. Ancaq sözlərini yerinə yetirmirlər. Ona görə də Türkiyə öz maraqları çərçivəsində Suriyada addımlar atmağa davam edəcək. Mənə İraqın baş naziri təhqirlər yağdırır. Sən mənim tərəf-müqabilim deyilsən, mənim səviyyəmdə deyilsən, İraqda çığırıb-bağırmağın bizim üçün heç önəmli deyil, biz bildiyimizi edəcəyik. Sən kimsən? İraq baş naziri. Öncə həddini bil. Məhz İraqın razılığı ilə Mosul yaxınlığındakı Başika düşərgəsinə Türkiyə hərbçiləri yerləşdirilib. Bu gün deyirlər ki, Türkiyə hərbçilərini oradan çıxarsın. Türkiyə sizin sözünüzlə hərəkət etməyəcək”.

 

R. T. Ərdoğan ABŞ Konqresində 11 sentyabr olayları ilə bağlı ölkə vətəndaşlarının Səudiyyə Ərəbistanı əleyhinə məhkəmə iddiaları qaldırmasına imkan verən qanunun qəbuluna da toxunub və bununla əlaqədar İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən ölkənin rəhbəri qismində 56 üzv ölkənin prezidentinə məktub yazdığını açıqlayıb: “Biz də  qanunverici orqanımızda ABŞ vətəndaşının müsəlman ölkəsində törətdiyi terror aktına görə ABŞ-ın məsuliyyət daşıdığı barədə qanun çıxara bilərik. Cinayət şəxsidir. İndi Səudiyyə Ərəbistanına  qarşı ABŞ-da vətəndaşlar tərəfindən məhkəmələrə iddialar təqdim edilir. Məqsəd Səudiyyə Ərəbistanından pul qoparmaqdır. Bu məsələdə ABŞ prezidenti Barak Obama tək qaldı. Yalnız bir yaşlı hüquqşünas ona dəstək verdi, çünki hüquqşünas kimi bu işin perspektivi olmadığını bilir. 56 islam ölkəsinin bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı əslində müsəlmanlara yönəlik bu addıma qarşı ortaq mövqeyini ortaya qoymalıdır”.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00