Karyakin Şəhriyarın köməyindən istifadə edir

Karyakin Şəhriyarın köməyindən istifadə edir
15:42 11 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Ukraynalı qrossmeyster Sergey Karyakin ABŞ-da şahmat tacı uğrunda Maqnus Karlsenlə qarşılaşacaq. Noyabrda olacaq yarışa ciddi hazırlaşan Karyakin azərbaycanlı Şəhriyar Məmmədyarovun köməyindən də istifadə edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Karyakin açıqlamasında Məmmədyarovun onun oyun üslubuna təsirindən danışıb:

"Şəhriyar Məmmədyarovla işləməyə davam edirəm. Onun mənə ABŞ-da yaxından, yoxsa uzaqdan kömək edəcəyini bilmirəm. Amma Şəhriyar mənə müəyyən məsləhətlərini verir. Oyun üslubum daha akademik tərzdə idi. Bu da dünyanın ən yaxşı şahmatçılarına qalib gəlməyə hesablanmışdı. Məmmədyarov çox aqressiv və fəal şahmatçıdı.

Mənim oyunuma da rəng qatdı. İddiaçıların Moskvadakı turnirində vəziri, topu qurban verirdim. Piyada qurbanlarını heç saymırdım. Bu da Məmmədyarovun təsiri idi. Bu aqressivik mənə qələbə qazanmağa kömək etmişdi. Ümid edirəm ki, Amerikada da belə olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR