Rusiya və Amerika... - Dünyanı məhv edəcək 10 öldürücü silah – SİYAHI FOTOLAR

Rusiya və Amerika... - Dünyanı məhv edəcək 10 öldürücü silah – SİYAHI FOTOLAR
15:53 11 Oktyabr 2016
133 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva və Vaşinqton arasında münasibətlər “soyuq müharibə” dövrünün ən pis dövrləri ilə müqayisə edilə bilər. Səbəblər Ukrayna münaqişəsi, Suriya böhranı və Rusiyanın Amerikaya qarşı “haker hücumları”dır. Rusiyanın nüvə başlıqları daşıya biləcək “İsgəndər-M” raketlərini Kalininqrad ərazisində yerləşdirməsi münasibətlərdəki gərginliyi daha da artırdı.

Publika.az xəbər verir ki, ABŞ-ın “The National İnterest” nəşrinə görə, NATO və Rusiya qoşunlarının bilavasitə bir-birinin yaxınlığında yerləşməsi münaqişə riskini artırır.

Bundan başqa, Rusiya və ABŞ-ın aviasiyasının Suriya səmalarında uçması təsadüfi toqquşma təhlükəsi yaradır.

“Əlbəttə ki, heç kəs hadisələrin bu cür inkişafını arzulamır. Amma bu vəziyyətdə Amerika və Rusiyanın hərbi gücləri və vasitələrin inventarizasiyasını nəzər salmaq əhəmiyyətlidir. Məsələn, iki ölkədə hanı əsas silah sistemləri var? Onlar hansı ölkədə daha yaxşıdır? Hansı silahlar münaqişənin gedişatında həlledici amil olacaq?” – Amerika nəşri yazıb.

“The National İnterest”in hərbi məsələlər üzrə redaktoru Deyv Majumdar 2015-ci ilin əvvəlindən bu suallara cavab tapmaq üçün araşdırmalar aparıblar.

Müasir Rusiya Sovet İttifaqı deyil, amma ölkə strateji və operativ-taktik nüvə silahının çox güclü arsenalına , həmçinin atom sualtı gəmilərinə malikdir.

“The National İnterest” Amerika ordusuna qarşı istifadə oluna biləcək Rusiyanın beş öldürücü silah növünü təqdim edib.

Su-35 təyyarəsi

“Suxoy” kampaniyasının istehsal etdiyi Su-35 (NATO təsnifatında Flanker-E) hazırda Rusiyada ən yaxşı qırıcıdır.

Su-35 “Lockheed Martin” şirkətinin hazırladığı “F-22 Raptor” istisna olmaqla istənilən Amerika qırıcısı üçün fövqəladə təhlükəli rəqib hesab olunur.

“Amur” sinfindən olan sualtı gəmi

Rusiya “Borya” kimi və “Severdvinsk” kimi ən müasir atom və zərbə sualtı gəmilərini inşa edir. “Amur” müasir dizel-elektrik sualtı qayıqları son nümunə sayılır. Onlar sahilboyu sularda xüsusilə təhlükəlidir.

T-90 tankı

Rusiyanın əsas döyüş tankı olan T-90 “Armata” istisna olmaqla, zirehli maşınlar arasında ən müasiridir. Yeni konstruksiyası olan T-90 böyük müasirləşmədən keçən T-72 sovet tankıdır. T-90 Qərbin “Leopard 2” və M1A2 “Abrams” tanklarına layiqli rəqib sayılır.

P-800 “Oniks” (“BraMos”) gəmi əleyhinə raketi

P-800 “Oniks” səsdən surətli gəmi əleyhinə raketin layihələşməsi hələ Sovet İttifaqında başlanıb. Amma raket sonradan Rusya və Hindistan tərəfindən birgə hazırlanıb və “BraMos” adını alıb. Bu raketi suüstü və sualtı gəmilər, təyyarələr və qurudan buraxmaq olar. Raketin uçuş məsafəsi təxminən 300 kilometrdir. Bu, ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin gəmi əleyhinə raketi olan “Harpun”un uçuş məsafəsindən daha çoxdur.

Amerika hərbi dəniz mənbələrinin məlumatına görə, “BraMos” gəmi əleyhinə təhlükəli silahdır. Bu raket haqqında konkret informasiya azdır. Amma məlumdur ki, onun spesifik uçuş trayektoriyası ilə əlaqədar olaraq Amerika gəmilərinin mühafizə sistemlərinin işi çox çətindir.

Avtomatik tuşlanan “53-65” torpedası

Hesab edilir ki, “53-65” avtomatik tuşlanan torpedalar Amerika Hərbi-Dəniz Qüvvələrinin qarşılaşa biləcəyi ən təhlükəli torpedalardır. Bu problemin yeganə mümkün həlli torpedo əleyhinə torpedanı hazırlamaqdır. Hərbi-Dəniz Qüvvələri “Corc Buş” təyyarədaşıyanının içində bu cür torpedanın sınaq nümunəsini qurub. Amma hələlik onun nə qədər effektiv olacağı məlum deyil.

ABŞ-ın əsas rəqiblərindən olan Çin də bu silahdan bir neçəsini alıb. Bu silahdan daha hansı ölkələrin əldə etdiyinə dair məlumat yoxdur.

ABŞ-ın Rusiyanı vuracaq 5 öldürücü silahı

“Ohayo” tipli atom raket sualtı gəmiləri

“Ohayo” tipli atom raket sualtı gəmisi strateji balansın saxlanılması üçün əsas güclərdən biridir. “Ohayo” sinfindən olan 14 Amerika gəmisi nüvə triadasının tərkib hissəsi kimi nüvə zərbələrinin vurulmasını təmin edir.

B-2 gözəgörünməz-bombardmançılar

B-2 təyyarəsi Rusiya və ABŞ arasında baş verə biləcək istənilən müharibənin ayrılmaz hissəsi olacaq. Gözəgörünməz-bombardmançı böyük uçuş məsafəsi ilə lovğalana bilər. O, əlavə yanacaq doldurmadan 11 min kilometr məsafəni qət edə bilir. Təyyarənin maksimal hündürlüyü 15 kilometrə çatır. Məlumatların əldə edilməsinə gəlincə, təyyarə birbaşa havada yeni hədəflər haqqında informasiyanı ala bilər. Son modifikasiyalar nəticəsində, B-2 hətta nüvə müharibəsindən başlanmasından sonra prezidentdən birbaşa əmrlər ala bilər.

B-2 həmçinin böyük miqdarda döyüş sursatı daşıya bilir. Təyyarə 20 ton adi və ya nüvə döyüş sursatını daşıyır. B-2 Amerika Hərbi-Hava Qüvvələrinin arsenalındakı tək təyyarədir ki, 13,6 ton bunker əleyhinə GBU-57 superaviasiya bombalarını hədəfə çatdırır. Başqa sözlə, Rusiya 20 ədəd B-2 gözəgörünməz-bombardmançı gizlənə bilər, amma ondan qaçmağı bacarmayacaq.

“F-22 Raptor”

"F-22 Raptor" ABŞ-ın “Lockheed Martin”, “Boeing” və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsidir. “F-22 Raptor” qırıcıları hazırda dünyada yeganə fəaliyyətdə olan 5-ci nəsil qırıcı təyyarədir.

Radarlar tərəfindən tutulması çətin olan bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yerləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. Təyyarələr qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolakasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər.

Raket əleyhinə müdafiə sistemi

ABŞ-ın raket əleyhinə müdafiə sistemini yaratması perspektivi belə Rusiyanı qorxudur. Xüsusən, ABŞ-ın Avropada raket əleyhinə müdafiə obyektlərini açma planları Moskvanı qıcıqlandırır.

ABŞ-ın müttəfiqləri

Bu ənənəvi mənada silah deyil. Ancaq ABŞ-ın müttəfiqlərinin qlobal şəbəkəsi Rusiya ilə müharibə olacağı halda, Amerikanın potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Birincisi, müttəfiqlər Amerika ordusu üçün bazaları verirlər. Onların bir çoxu Rusiyanın perimetri üzrə yerləşirlər. Bu bazalar yalnız Amerikanın döyüş imkanlarını artırmır, həm də Rusiyaya olan məsafəni azaldır və ABŞ-a hər tərəfdən hücum etməyə imkan verir.

Müttəfiqlərin hərbi potensialı Rusiya üçün təhlükə yaradır. Çin, Hindistan və Braziliya istisna olmaqla, böyük hərbi büdcəsi olan ölkələrin çox hissəsi Amerikanın müttəfiqləridir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR