2015-də nə yeyək?

2015-də nə yeyək?
14:36 5 Yanvar 2015
358 Sosial
Ölkə mətbuatı
A- A+

Hər kim 100 il yaşamasa günah onun özündədir. Əslində sağlam həyat tərzi sayəsində orta ömür göstəricilərimizi illərlə uzatmaq mümkündür. Bəs bunu necə etməli?
ANS PRESS 2015-ci ili sağlam başa vurmaq üçün bir necə məsləhəti oxucularına təqdim edir.

Hər gün 8-10 stəkan su için. Mineralla bol sərt sulara üstünlük verin. Çalışın suyu şüşə qablarda için. Alanda da belələrinə üstünlük vermək məsləhətdir.
Susuzluğunuzu aradan qaldırmaq üçün ilk seçiminiz həmişə su olsun. Fərqli bir şey istəyəndə ayrana üz tutun. Köpüksüz, yağsız ayran suyun ən yaxşı əvəzləyicisi ola bilər. Qazlı, konservantlı içki, şəkərli şirələrdən mümkün qədər uzaq durmaq məsləhətdir.

Yeməklərdə kərə, zeytun yağından istifadə edin. Piylər, quyruq yağı, palma yağı kimi yağları unudun, marqarindən uzaq durun. Günəbaxan yağından az istifadə edin. Qızartma yağından təkrar təkrar istifadə etməyin. Yağları da su kimi şüşə butulkalarda,qaranlıq yerdə saxlayın.

Soyuq sularda təbii yollarla böyüyən balıqları alın. Kirli sularda tutulan balıqları almayın.

Mümkün olduğu qədər az çörək yeyin. Yeyəndə belə ağ deyil, qara çörəyə üstünlük verin.

Heç bir şəkər məsum deyil. Şəkərin istənilən növü sağlamlığa ziyandır. "Şirin zəhər"dən istifadəni maksimum azaltmaq lazımdır. Onun əvəzinə meyvələrə üstünlük verin. Meyvəni qabığı ilə birlikdə qəbul etmək lazımdır. Meyvə sizi qane etmirsə qara şokolad və ya südlü şirniyyatları seçin.

Qırmızı ət mütləq menyuda olmalıdır. Çalışın üstünlüyü quzu ətinə verin. Əgər aldığınız toyuqtoyuğun, yumurtanın həyətdən, sağlam şərtlərlə böyüdüldüyündən əminsinizsə rahat şəkildə yeyə bilərsiniz.

Tərəvəzləri mövsümündə yeməyə çalışın. Mövsümündə tərəvəzlərdən istənilən sayda salatlar hazırlayaraq yemək olar. Təbii ki, təmiz təmizlədikdən sonra.

Zaman zaman nar, qreypfrut, portağal sularından istifadə edin. Unutmayın ki, tərəvəz şirələrinin faydası daha çoxdur. Məsələn, pəncər, çuğundur,yerkökü.

Çərəz yemək istəyirsinizsə ilk olaraq qoza üstünlük verin. İkinci sırada badam, yer fıstığı gəlir. Amma bu demək deyil ki, qabaq və ya günəbaxan tumunu unutmalısınız. Ağ noxuddan uzaq dayanın, fıstıq qəbulunu axsatmayın.

Mümkün olan hər şeyə limon sıxın. Limon kalori dəyərini azaldır və qan dövranını sürətləndirir.

Meyvəni salat formasında yox, tam şəkildə yeyin. Ümumiyyətlə meyvələri nə qədər az əzib, parçalasınız bir o qədər yaxşıdır. Bu yolla onların vitaminləri üzərində qalır.

Sirkə də kalori dəyərini azaldır.

Sarımsağın faydası saymaqla bitmir. Amma çoxları onun qatıldığı yeməklərin kalori dəyərini azaltdığını bilmir.

İşlənmiş ət məhsullarından uzaq durun. Onların tərkibi son dərəcə ziyanlı maddələrlə zəngindir.














Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=317790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR