Rianna və Dreyk ayrıldılar - FOTO

Rianna və Dreyk ayrıldılar - FOTO
16:22 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Məşhur amerikalı müğənni Rianna kanadalı sevgilisi, 29 yaşlı reper Dreykdən ayrılıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, onlar münasibətlərinə son qoyduqlarını bəyan ediblər. Səbəb isə Dreykin 19 yaşlı model İndiya Lava aşiq olmasıdır. Lav İnstaqram hesabına populyar olub. Onun profilinin 2,5 milyondan artıq daimi təqibçisi var.

Dalaşaraq ayrılmış Rianna ilə Dreyk bu ilin iyul ayında münasibətlərini bərpa etsələr də, bunu gizlədirdilər. Reper Riannanı yenidən sevdiyini MTV VMA mükafatlarının təqdimat mərasimində, səhnədə bəyan etmişdi.

Həmin olaydan sonra Dreyk və Rianna sevgilərinin timsalı olaraq bədənlərinə köpəkbalığı rəsimli tatuaj da etmişdilər.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/478195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR