Yığmada hansısa dəyişiklik görmədim - MÜSAHİBƏ

Yığmada hansısa dəyişiklik görmədim - MÜSAHİBƏ
16:22 11 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən Azərbaycan yığmasının və "İnter" kubunun hücumçusu Rauf Əliyevin müsahibəsini təqdim edir:

- Uzun müddətdən sonra milliyə qayıtdınız. Baş məşqçi Robert Prosineçkinin sizə qarşı münasibəti dəyişməyib ki?

- Əlbəttə ki, qayıtmaq istəyirdim. Hamı can atır ki, millidə oynasın. Fərqi yoxdu, 15 yaşındasan ya 35, daim istəyirsən ki, yığmaya dəvət alasan. Mən də həmişə milliyə çağırılmış oyunçu kimi yenə dəvət gözləyirdim. Allaha şükür, uzun aradan sonra qayıtdım. Şans verilsə, çalışacağam ki, özümü göstərim.
 
- Norveçlə görüşü kənardan seyr etdiniz. Bərabərlik qolu axtarışında olan rəqib bizi sıxan zaman meydana çıxıb, komanda yoldaşlarınıza kömək etmək istəyirdizmi?

- Təbii ki. Hamı kimi, mən də oynamaq istəyirdim. Amma Robert Prosineçki meydana başqa futbolçuları buraxmışdı, bunu da normal qarşılamaq lazımdı. Millimiz Norveçə qarşı, həqiqətən də, əzmkar mübarizə göstərdi.
 
- Norveçi məğlub edəcəyimizi gözləyirdizmi?

- Açığı, gözləmirdim. Daha çox heç-heçəni fikirləşirdik. Əsas odu qalib gəldik. Ardıcıl 2 qələbə, seçmə mərhələdə 6 xalımızın olmağı Azərbaycan üçün yaxşı nəticədi. Bu, irəlidəki oyun üçün əlavə motivasiyadı. İstəyirik ki, xalımızı bir qədər də artıraq. Norveç yığması güclü idi, buna baxmayaraq, uşaqlar rəqibə imkan vermədilər. Komanda yumruq kimi birləşdi.
 
- Təxminən 1 il millidən uzaq qaldınız. Əvvəlki vaxtla müqayisədə yığmada nə kimi dəyişikliklər olub?

- Robert Prosineçkinin vaxtında Xorvatiya və Malta ilə oyunlardan əvvəl də çağırılmışdım. Elə bir dəyişiklik görmədim. Həmin vaxt necə idisə, demək olar ki, indi də elədi. Düzdü, vaxt keçdikcə daha yaxşı olur. Getdikcə baş məşqçi komandaya öz fikirlərini daha rahat aşılaya bilir.
 
- Norveç üzərindəki qələbənin verdiyi motivasiya ilə Çexiyadan da yaxşı nəticə ilə qayıda bilərikmi?

- Futboldu, hər şey ola bilər. Bilirik ki, Çexiya ac vəziyyətdədi. Çünki seçmə mərhələyə yaxşı başlamayıblar. Almaniyaya 0:3-dən sonra azarkeşləri onlardan qələbə gözləyirlər. Həqiqətən də, bizə çox çətin olacaq. Heç-heçə super nəticə olar. Şans verilərsə, çıxıb, əlimdən gələni edəcəm.
 
- Heç ağlınıza gələrdi ki, Azərbaycan yığması nə vaxtsa Almaniya ilə birlikdə eyni xal toplayacaq?

- Qrup oyunlarının sonuna mövqeyimizi qorusaq, bu mənim üçün gözlənilməz olar. Seçmə mərhələ hələ yeni başlayıb, gəlin, eyforiyaya çox da qapılmayaq. Belə deyək də, San-Marino güclü rəqib deyil. Norveçi də öz meydanımızda məğlub etmişik. Əsas oyunlar hələ qabaqdadı.
 
- Bir az da "İnter" barədə danışaq. Əksəriyyət çempionluq mübarizəsinin "Qəbələ" və "Qarabağ" arasında gedəcəyini deyir. Çempionluğa əsas namizədlər arasında göstərilməməyiniz sizə pis təsir etmir?

- Əksinə, mənə xoşdu. Çünki təzyiq olanda adamın işi çətinləşir. Büdcəsinə və Avroliqada oynamağına görə "Qarabağ" və "Qəbələ"nin favorit göstərilməsi normaldı. Bizim heyətimiz də güclüdü. Onlarla sona qədər mübarizə aparacağıq.
 
- "İnter"in real gücü çempionatda neçənci olmağa imkan verir?

- Şükür Allaha, komanda yaxşıdı. Yerli uşaqlar var, gücümüz az deyil. Amma neçənci yeri tutacağımız mövsümün sonunda bilinəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR