Məşhur rejissoru televiziyadan uzaqlaşdıran SƏBƏB: “Buna dəhşət ehtiyacım var”

Məşhur rejissoru televiziyadan uzaqlaşdıran SƏBƏB: “Buna dəhşət ehtiyacım var”
16:28 11 Oktyabr 2016
79 Şou
Ölkə mətbuatı
A- A+

Mehriban Ələkbərzadə illərdir veriliş aparmamasının sirrini açdı

Uzun illər teleməkanda tarixi verilişlərə aparıcılıq edən Əməkdar İncəsənət Xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadə efirlərdən uzaq düşməsinin səbəblərini açıqlayıb.

Publika.az-a açıqlama verən rejissor teleməkanda tarixi araşdırmalara ehtiyac olmadığını bildirib:

“Hesab edirəm ki, bu gün teleməkanda tarixi araşdırmalara ehtiyac yoxdur. Efirdə daha çox komediya filmləri, seriallar tələb olunur. “Bacanaqlar”, “Oğlan evi” və digər bu tip seriallarla efiri doldururlar. Mən telekanalları da qınamıram, çünki özünü dolandırmalıdır. Rejissura mənim missiyamdır, efir üçün nəinki darıxıram, tarixi araşdırmalar üçün buna dəhşət ehtiyacım var”.

Qeyd edək ki, M.Ələkbərzadə “Space” televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu “Dünən, bu gün, sabah”, “Telebenefis”, “Fövqəl dünya və mən” silsilə proqramları ilə məşhur olub. Həmin televiziya kanalında dörd seriyalı “Qırmızı Terror və ya Mircəfər Bağırov”, “Azərbaycan xanlıqları” bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirmişdi.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/171764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR