“Türk Axını”na kim nə qədər xərcləyəcək?

“Türk Axını”na kim nə qədər xərcləyəcək?
16:33 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Razılaşmaya əsasən “Türk Axını” ilə bağlı inşaat işlərinə 2018-ci ildə start veriləcək”.

Publika.az xəbər verir ki, bu barədə “Qazprom” rəhbəri Aleksey Miller bildirib. O deyib ki, boru xəttinin dəniz qismi üçün inşaat və maliyyə işləri tamamilə “Qazprom”a aid olacaq. Xəttin Türkiyə torpaqlarına düşən hissəsində infrastruktur və qazın alınacağı terminal BOTAŞ tərəfindən tikiləcək.

Miller “Türk Axını” layihəsinin “Şimal Axın 2” layihəsi ilə rəqabət etməyəcəyini vurğulayıb: "İki layihənin hədəf bazarları fərqlidir. Eyni zamanda “Şimal Axın 2” layihəsində nəzərdə tutulan həcm “Türk Axını”ndan çoxdur.

Qeyd edək ki, rus təbii qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk Axını” layihəsi ilə bağlı hökumətlərarası razılaşma Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrakla Rusiyanın energetika naziri Aleksandr Novak arasında dünən axşam İstanbulda imzalanıb.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR