MSK: Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrindən geri qalmır

MSK: Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrindən geri qalmır
16:48 11 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, rəhbərlik etdiyi qurum sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermənin təşkili üçün üzərinə düşən vəzifəni yerinə yetirib:

“Səsvermə günü səsvermə çox rəvan olub. Azərbaycan mətbuatının referendumla bağlı prosesdə hər hansı qanun pozuntusuna yol verməsi halına rast gəlinmədi. Bu, həm jurnalistlərinin peşəkarlığı, həm də seçki subyektlərinin maariflənməsi ilə bağlıdır. Polisin də prosesdə fəaliyyəti yüksək qiymətləndirilib, hər hansı irad olmayıb. Ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində hakimiyyət resurslarından istifadə olunması barədə ifadəyə rast gəlinmir. Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb. Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır. Vətəndaşlarımız da ölkəsi il fəxr edir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR