Kamran Ağayev üçün yeni baş məşqçi

Kamran Ağayev üçün yeni baş məşqçi
16:52 11 Oktyabr 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Boavista" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Goal.az klub saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Migel Leal çalışdıracaq. Yeni məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. 

Xorxe Kotu və və Alfredo Kastro məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər. 51 yaşlı Leal son olaraq "Moreyrense" klubunu çalışdırıb. 

Qeyd edək ki, "Boavista" dünən Ervin Sançesin komandadan ayrılması xəbərini açıqlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR