Roma şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən rəsmən imtina edib

Roma şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən rəsmən imtina edib
17:07 11 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. "Report"un məlumatına görə, bu barədə CONİ-nin prezidenti Covanni Malaqo açıqlama verib.
O, Beynəlxalq Olimpiya Komitəsinə imtina məktubu ünvanladıqlarını bildirib.
Sentyabrın 21-də Romanın yeni seçilmiş meri Virciniya Raci Oyunlara namizədlikdən imtina edəcəklərini bildirib. Tezliklə bu qərar şəhər şurasının iclasında ratifikasiya olunub.
Qeyd edək ki, Roma 1960-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. İtaliya paytaxtı 2020-ci il olimpiadasına da namizədliyini verib. Amma İtaliya hökuməti iqtisadi böhran üzündən imtina qərarı verib. 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarını təşkil edəcək şəhərin adı 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq. Romanın imtinasından sonra Oyunlara namizəd qismində Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) qalıb.



Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/roma-seheri-2024-cu-il-yay-olimpiya-oyunlarina-namizedlikden-resmen-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR