MSK referenduma yekun vurulması barədə qərar qəbul etdi

MSK referenduma yekun vurulması barədə qərar qəbul etdi
17:12 11 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və referendumun nəticələrinin elan edilməsi ilə bağlı iclası keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, MSK iclasında referenduma yekun vurulması və yekunların elan edilməsi barədə qərar qəbul edib.

Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir.

Sənəddə qeyd edilir ki, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulsun, ümumxalq səsverməsi (referendum) baş tutmuş sayılaraq Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin, referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş Aktın mətni dərc edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR